Şriftin ölçüsü :

Saytın rəngi :

Necə müraciət etməli

Səbail Rayon İcra Hakimiyyətində "Könüllü olaraq” sən də bizə qoşul!
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədlə Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayır.
Könüllülər sırasına qoşulmaq istəyən gənclər / saytında "Necə müraciət etməli" bölməsinə daxil olaraq “Könüllü anketi”ni doldurub mail@sabail-ih.gov.az elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.

 

KÖNÜLLÜ ANKETİ

Keçidlər