Home Contact Phone
background
  • Ünvan: AZ–1000, Bakı şəhəri, Üz.Hacıbəyov 30
  • Telefon: (+994-12) 493-10-55
  • Faks: (+994-12) 498-71-47
  • E-mail: mail@sabail-ih.gov.az

Xəbərlər

  • Səbailli gənclər «31 mart azərbaycanlıların...

    Səbailli gənclər «31 mart azərbaycanlıların soyqırımı günüdür» mövzusunda dəyirmi masa keçirmişlər

    2017-03-29

    Səbail rayonunun idarə, təşkilat və müəssisələrində çalışan, rayondakı ali məktəblərdə təhsil alan, ictimai-siyasi həyatda fəal gənclərin, ictimaiyyət təmsilçiləri və tarixçi alimlərin iştirakı ilə Səbail Rayon İcra Hakimiyyətinin iclas zalında “31 mart azərbaycanlıların soyqırımı günüdür” mövzusunda dəyirmi masa keçirilmişdir.

  • Səbailli yeniyetmələr Naxçıvana yola düşmü...

    Səbailli yeniyetmələr Naxçıvana yola düşmüşlər

    2017-03-23

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonundan olan məktəblilərin Naxçıvan şəhərinə yola salınması mərasimi keçirilmişdir.

  • Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayra...

    Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib Martın 18-də Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

    2017-03-18

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.

  • Səbaillilərin  cəbhə bölgəsində xidmət ed...

    Səbaillilərin cəbhə bölgəsində xidmət edən əsgərlərə Novruz töhfəsi

    2017-03-17

    Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Səbail Rayon İcra Hakimiyyəti və rayon ictimaiyyətinin nümayəndələri və bir qrup incəsənət xadimi ənənəvi olaraq rayonun hamilik etdiyi, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə keçən ilin aprelindəki döyüşlər zamanı azad olunmuş ərazilərdə yerləşən ön movqe postlarına gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar.

  • Badamdarda böyük Novruz xonçası hazırlanmış...

    Badamdarda böyük Novruz xonçası hazırlanmışdır

    2017-03-16

    Xalqımızın ən əziz bayramı olan Novruz münasibəti ilə Səbail rayonunda keçirilən tədbirlər çərçivəsində rayonun günbəgün böyüyən və inkişaf edən Badamdar qəsəbəsindəki Heydər Əliyev Parkında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qəsəbə sakinləri, çoxsaylı qonaqların və qəsəbədəki hərbi hissənin əsgərlərinin iştirakı ilə böyük bayram şənliyi təşkil olunmuşdur.

Foto qalereya