Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Cavidan Ağayevın doğum günü münasibətilə məzarı ziyarət edildi

16 iyul 2021 | 16:00

Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olan Ağayev Cavidan Mirzağa oğlunun doğum günüdür.  Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Cavidan Ağayev oktyabrın 2-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.  Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Cavidan Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
İyulun 16-da Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları tərəfindən şəhid Ağayev Cavidan Mirzağa oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq,  xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər