Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Murad Qurbanovun ailə üzvləri ziyarət olunub

12 oktyabr 2021 | 16:00

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nın müavinləri və bir qrup rayon ictimaiyyətinin nümayəndəsi Vətən müharibəsində şəhid olan Qurbanov Murad Asif oğlunun ailə üzvlərini ziyarət etmişlər.
Görüşdə Səbail RİH başçısı Vuqar Zeynalov şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq bildirmişdir ki: “Şəhid ailələri cəmiyyətin həssas kateqoriyasıdır. Ulu öndər Heydər Əliyev hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli Liderimizin bu siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva vətərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Cənab Prezident mütəmadi olaraq əlillər, şəhid ailələri ilə görüşlər keçirir. Ölkə rəhbərinin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşməsi, onların problemlərini dinləməsi hakimiyyətin xalqla birgə olduğunun göstəricisidir”.
Şəhid ailəsi olaraq hər zaman qayğı ilə əhatə olunduğunu bildirən şəhid anası Mehriban Qurbanova qeyd etmişdir ki: “Məsələ yalnız dövlətin şəhid ailələrinə göstərdiyi maddi yardımda deyil, önəmli bir şərt də bizə bəslənən ehtiram, daim sayılıb-seçilməyimizdir. Bu məsələdə də Cənab Prezidentimiz öndədir. Dövlətimizin şəhid ailələrinə göstərdiyi dəstək bizim üçün böyük təsəllidir”.
Vətən müharibəsində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qurbanov Murad Asif oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər