Şriftin ölçüsü :

Saytın rəngi :

Teymurov Vüsal Zakir oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu

13 noyabr 2021 | 16:00

Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olan Teymurov Vüsal Zakir oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Şəhidimiz döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Noyabrın 12-də millət vəkili Nigar Arpadarai, Səbail RİH başçısının birinci müavini Vüqar Şixəmmədov, RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Vüsal Teymurovun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda Badamdar qəbiristanlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunaraq,  xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Şəhidin valideynləri övladlarının xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan islahatlar və yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər