Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq yarışlarda fəal iştirak etmiş Səbail məktəbliləri Fəxri Fərmanlarla təltif olundular

30 dekabr 2021 | 16:00

Dekabrın 30-da Beynəlxalq yarışlarda yüksək nəticə göstərmiş Səbail məktəbliləri ilə Səbail Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, məktəb direktorları və şagirdlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov ilk öncə tədbir iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmişdir. RİH başçısı qeyd etmişdir ki: “Ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, yenilikçi ideyalarının reallaşdırılması, ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində bütün addımlar atılır, lazımi şərait yaradılır. Müstəqilliyin bizə qazandırdığı ən böyük töhfələrdən biri də gənc nəslin milli ruhda tərbiyəsi, hərtərəfli inkişafı üçün yaranmış mühitdir. Bu mühiti Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət formalaşdırıb. Ölkə başçısı cənab İlham Əliyev bu siyasəti daha da inkişaf etdirməkdədir. Məhz bu siyasətin nəticəsi kimi son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın bəşəri qələbəsi oldu. Bu qələbə həm də Azərbaycan gəncliyinin qüdrəti kimi tarixləşdi. Bu gün Azərbaycan gəncliyinə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir”. Ümumtəhsil ocaqlarının müasirləşdirilməsi və yeniləşdirilməsində Heydər Əliyev Fondunun da xidmətlərinin misilsiz olduğunu bildirən Vuqar Zeynalov Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər tədbirlər çərçivəsində respublikamızda yüzlərlə təhsil ocaqlarının tikildiyini, əsaslı təmir olunduğunu xüsusilə vurğulamışdır.
Daha sonra Beynəlxalq idman, musiqi və bilik yarışlarında uğur qazanmış şagirdlər Səbail RİH başçısının Fəxri Fərmanları, eyni zamanda Avro 2020-də könüllü kimi fəaliyyət göstərmiş Azərbaycan Dövlət Pedoqoji Universitetinin və Azərbaycan Dövlət Dəniz Akademiyasının bir qrup tələbəsi Təşəkkürnamələr ilə təltif olunmuşlar. Uğur əldə etmiş gənclər təltifləri ilə bağlı xoş təəsüratlarını bölüşüblər. 
Sonda şagirdlər və təhsil işçiləri ilə xatirə şəkli çəkdirilmişdir.

Keçidlər