Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Murad Qurbanovun ailə üzvləri ziyarət olunub

06 yanvar 2022 | 16:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov və Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov Səbail rayon şəhidi Qurbanov Murad Asif oğlunun ailəsini ziyarət etmişlər.
Görüşdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirələri ehtiramla yad edilərək qeyd olunmuşdur ki, Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarına ən böyük əmanətlərindən olan müstəqil dövlətimiz və vahid məqsəd ətrafında sıx birləşmək ideyası Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir iradəsi, rəşadətli Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində əldə edilmiş Böyük Zəfər dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırıb, onların ümummilli maraqlar ətrafında sıx birləşməsinə zəmin yaratmışdır.
Dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunduğunu bildirən şəhidin anası Mehriban Qurbanova aparılan islahatlar və görülən yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.

Keçidlər