Home Contact Phone
background
  • Ünvan: AZ–1000, Bakı şəhəri, Üz.Hacıbəyov 30
  • Faks: (+994-12) 498-71-47
  • E-mail: mail@sabail-ih.gov.az

Xəbərlər

  • A.S.Puşkinin anadan olmasının 218-ci ildönüm...

    A.S.Puşkinin anadan olmasının 218-ci ildönümü qeyd edildi

    2017-06-06

    Dahi rus şairi A.S.Puşkinin anadan olmasının 218-ci ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və «Sodrujestvo» cəmiyyətinin birgə təşkilatçılığı ilə böyük rus şairinin abidəsi önündə keçirilən bu mərasimdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açıldı.

  • Səbail rayonunda sakinlərlə görüş keçirilmi...

    Səbail rayonunda sakinlərlə görüş keçirilmişdir

    2017-06-02

    Səbail rayonunda Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən «Əhali ilə aktiv gürüşlər aylığı» çərçivəsində növbəti tədbir keçirilmişdir.

  • Səbaildə «Əhali ilə aktiv görüşlər aylı...

    Səbaildə «Əhali ilə aktiv görüşlər aylığına» start verilmişdir

    2017-06-01

    Səbail rayonunda Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonda «Əhali ilə aktiv gürüşlər aylığı»na start verilmişdir. Rayonun yaşayış sahələrində keçirilən görüşlərin əsas məqsədi sakinlərə Azərbaycan Respublikasının Prezildenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən irimiqyaslı quruculuq işləri, xalq təsərrüfatının bütün sahələrində əldə olunan nailiyyətlər, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiyilən tədbirlər, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlər və ölkədə keçirilən beynəlxalq tədbir və idman yarışları haqqında, həmçinin bu işlər çərçivəsində Səbail rayonunda həyata keçirilən sosial layihələr və görülən işlər barədə geniş məlumat vermək, vətəndaşların müraciətlərini dinləmək, irəli sürülən təklif və arzuların həyata keçirilməsidir.

  • “Şahdəniz Mərhələ 2” üçün inşa olunan...

    “Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin üst tikililərinin dənizə yolasalma mərasimi olub Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

    2017-06-01

    “Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin - yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin iyunun 1-də Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

  • Səbail rayonunda Uşaqların Beynəlxalq Müdafi...

    Səbail rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi günü geniş qeyd olunmuşdur

    2017-06-01

    Gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Səbail rayon İcra Hakimiyyəti və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ilə birgə Dənizkənarı Milli Parkdakı «Yaxt-klub»da müxtəlif sahələr üzrə istedadı olan uşaqların, idmançıların, əlil və sağlamlığı məhdud olan, icma əsaslı reabilitasiya mərkəzində xidmət göstərilən, müxtəlif uşaq evlərində tərbiyə alan uşaqların, rayondakı 219 saylı evdə-məktəbin şagirdlərinin, həmçinin rayonun aztəminatlı ailələrinin uşaqları üçün bayram tədbiri təşkil olunmuşdur.

  • Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuri...

    Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

    2017-05-26

    Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

  • Azərbaycan Respublikasının Prezidenti cənab  ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Respublika günü münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidənin ziyarəti mərasimində

    2017-05-26

    Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

  • Nyu-Yorkda İkinci “Qafqaz irsi” festivalı ke...

    Nyu-Yorkda İkinci “Qafqaz irsi” festivalı keçirilib

    2017-05-25

    (22 may 2017) Nyu-York şəhərindəki Bruklinin “Master” Teatrı binasında ikinci “Qafqaz irsi” festivalı keçirilib. Artıq ənənəvi halı alan festival Bruklin meri Erik Adams və Bakı-Bruklin Dostluq Assosiasiyası tərəfindən təşkil olunub.

  • Monmart yenidən Səbaildə

    Monmart yenidən Səbaildə

    2017-05-10

    Səbail rayonunun mərkəzindəki “Sahil bağı”da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatşılığı ilə rayon məktəbliləri və gənc rəssamların iştirakı ilə «Heydər Əliyev və Azərbaycan» mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.

  • Səbail rayonunda Ulu öndər Heydər Əliyevin an...

    Səbail rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş iməclik keçirilmişdir

    2017-05-10

    Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbirlər paytaxtımızın Səbail rayonunda xüsusi təntənə ilə keçirilir. Əlamətdar günlə bağlı ərazidəki park və bağlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, yaşıllıqlar salınmış, yeni ağaclar əkilmişdir.

  • 6 saylı məktəb-liseyin kolktivi ağacəkmə aks...

    6 saylı məktəb-liseyin kolktivi ağacəkmə aksiyası keçirmişdir

    2017-05-10

    Səbail rayonu 6 saylı məktəb-liseyin kollektivinin təşəbbüsü ilə Badamdar qəsəbəsi 3-cü yaşayış massivində Rayon İcra Hakimiyyəti tərəfindən salınmış Zeytun bağında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir.

  • Səbail rayonunda  II Dünya Müharibəsində tari...

    Səbail rayonunda II Dünya Müharibəsində tarixi Qələbənin 72-ci ildönümü qeyd olunmuşdur

    2017-05-05

    II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda çox geniş və təntənəli şəkildə qeyd olunmuşdur.

  • Səbaildə «Heydər Əliyev və Azərbaycan tarix...

    Səbaildə «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda ənənəvi konfrans keçirildi

    2017-05-04

    Artıq 2-ci ildir ki, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirlər çərçivəsində «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda elmi-praktiki konfranslar keçirilir.

  • Ulu öndər Heydər Əliyevin adı Azərbaycan xal...

    Ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə çevrilib

    2017-05-04

    Mayın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı, Səbail Rayon İcra Hakimiyyəti və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçirib.

  • Sən əlçatmaz zirvəsən...

    Sən əlçatmaz zirvəsən...

    2017-05-02

    Mayın 2-də Səbail rayonu 51 nömrəli orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Sən əlçatmaz zirvəsən” adlı tədbir keçirilib.

  • Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbin...

    Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında iştirak edib

    2017-05-01

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında iştirak edib.

  • Səbail rayonunda Heydər Əliyevin əziz xatirəs...

    Səbail rayonunda Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilmişdir

    2017-05-01

    (01.05.2017) - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimiz əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

  • Bibiheybətdə tarix konfransi keçirilib

    Bibiheybətdə tarix konfransi keçirilib

    2017-04-27

    Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda elmi-praktiki konfranslar başa çatmaq üzrədir. Artıq ənənəyə çerilən bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu ondən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqələləri ilə çıxışlar edirlər.

  • Prezident İlham Əliyev Bibiheybət mədəninin ...

    Prezident İlham Əliyev Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub

    2017-04-26

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.

  • Səbaildə Azərbaycan tarixininə həsr olunmuş ...

    Səbaildə Azərbaycan tarixininə həsr olunmuş konfranslar keçirilir

    2017-04-26

    Bu ilin əvvəlindən Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda elmi-praktiki konfranslar keçirilir. Artıq 2-ci ildir ki, keçirilən bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu ondən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqələləri ilə çıxışlar edirlər.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanışlığı

    2017-04-26

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.

  • Səbail rayonu Səbaildə Çernobıl qəzasının ...

    Səbail rayonu Səbaildə Çernobıl qəzasının ildönümü anıldı

    2017-04-25

    Hər il aprel aynın 26-da MDB, həmçinin Şərqi Avropanın bir sıra ölkələrdə 20-ci əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın ildönümü qeyd olunur.

  • Səbail yeniləşir

    Səbail yeniləşir

    2017-04-19

    Səbail Rayon İcra Hakimiyyətində 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

  • Səbail rayonunda növbəti iməclik keçirilib

    Səbail rayonunda növbəti iməclik keçirilib

    2017-04-15

    Səbail rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı tədbirlər sərçivəsində Rayon İcra Hakimiyyəti tərəfindən növbəti iməclik keçirilib. Səbail Rayon ictimaiyyəti, təsərrüfat xidmətləri, idarə və təşkilatların nümayəndələrinin, gənclərin iştirakı ilə Badamdar qəsəbəsinin yeni yaşayış massvində və həmçinin keçən il «Şıx» yamacında yaradılmış «Ekoloji park»ın ərazisində ümumilikdə 1000 nəfərə yaxın insan iştirak etmişdir.

  • Səbail rayonunda möhtəşəm iməclik keçirilib

    Səbail rayonunda möhtəşəm iməclik keçirilib

    2017-04-10

    Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ərəfəsində Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçən əsrin 70-ci illərində Ulu öndərin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmış «Dostluq parkı»nın ərazisində və buradaki Veloparkda rayonun idarə və təşkilatları, təsərrüfat xidmətlərinin, ali və orta təhsil müəssisələrinin kollektivlərinin, YAP Səbail rayon təşkilatının çoxsaylı nümayəndələrinin - ümumilikdə 1000 nəfərdən çox insanın iştirakı ilə böyük iməclik keçirilmişdir. İməclikdə həmçinin bir sıra ictimai birlik və qurumların, gənclər təşkilatlarının, şirkətlərin və digər qurumların nümayəndələri də iştrak ediblər.

əvvəlki [2] növbəti