Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir

10 may 2016 | 16:00

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş tədbirlər paytaxtımızın Səbail rayonunda xüsusi təntənə ilə keçirilir. Əlamətdar gün ərəfəsində rayonda keçirilən silsilə tədbirlər çərçivəsində ərazidəki park və bağlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, yaşıllıqlar salınmış, yeni ağaclar əkilmişdir. Bununla əlaqədar son ay ərzində həftənin şənbə və bazar günlərində rayonun müxtəlif yaşayış sahələrində, o cümlədən “Şıx” ərazisində, 50 ha sahədəki dağ massivində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən salinan “Ekoloji park”ın ərazisində ağacəkmə aksiyaları keçirilmişdir.
Ulu öndərin doğum gününə həsr olumuş növbəti genişmiqyaslı ağacəkmə aksiyası “Şıx” ərazisindəki yamacda salinan “Ekoloji park”ın ərazisində rayonun idarə, təşkilat, müəssisələrinin, təsərrüfat xidmətlərinin işçiləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilmişdir.
Yamacda salinan parkın ərazisində son 1 ayda keçirilən ağacəkmə aksiyalarında  kəskin dağ yamacı, böyük maillik olan ərazidə buranın landşafına və  yerli iqlimə uyğun 20 min yeni Eldar şamı,  oleandr və digər ağaclar əkilmişdir. Ağaclara qulluq məqsədi ilə  rayon İcra Hakimiyyəti tərəfindən  168 metr hündürlükdə 250 kub. metr tutumlu 1 əsas və 60 kub.metr tutuma malik 2 köməkçi su rezeyvuarları,  , 2 ədəd yüksək təzyiqli su nasosu quraşdırılmış, burada tətbiq ediləcək damcı üsusi ilə suvarma sistemi üçün müxtəlif diametrli 3,7 km uzunluğunda polad və plastik borulardan əsas paylama, 40,0 km uzunluğunda köməkçi xətlər çəkilmişdir.
Keçirilən aksiya zamanı həmin  gün ərzində 5 min ədad qeni ağac əkilmiş, əlavə olaraq əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir. Ümumilikdə isə Ölkə başçısının tapşiriqlarına əsasən salınan “Ekoloji park”da ilin əvvəlidndən etibarən əkilən ağacların sayı 80 minə şatmışdır. Parkin yaradılması ekoloji problemlərin mövcud olduğu Bibiheybət buxtası və ümumilikdə Bakı şəhərindən cənub və qərb istiqamətində çıxış ərazilərinin ekoloji təmizliyi, gələcəkdə burada sağlam zonaların yaradılması istiqamətində görülən işlərə səbaillilərin  töhfəsi olacaqdır.  
Eyni zamanda Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun istirahət parkları və bağlarında rayon ictimaiyyəti nümayəndələri və ayrı-ayrı istedadlı gənclər tərəfindən özlərinin bacarıq və istəklərinə uyğun gül və gül-kol bitkiləri əkilmiş, gənclərin sərbəst qaydada öz fantaziyalarına uyğun müxtəlif kompozisiyalar hazırlanıb nümayiş etdirilmişdir. Mərkəzdəki “Sahıl bagı güllərdən yaradılan kompozisiyalarla başdan-başa bəzədilmiş, parkın bütün perimetri üzrə yeni çiçəklər əkilmiş, qazon örtüyü yenilənmiş, əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılmış, parkdakı işıq dirəklərindən al-əlvan güllərdən ibarət dibçəklərlə bəzədilmişdir. Təkcə “Sahil bağı”ndakı gül kompozisiyalarının yaradılmasına 50 min ədəd güldən istifadə olunmuşdur.
Ulu öndərin ad günü ilə baglı həyata keçirilən abadlıq-yaşıllaşdırma işləri müdrik rəhbərin təbiətə, gözəlliyə olan sevgisi, Azərbaycan təbiətinin qorunması ilə bağlı tövsiyələrinin həyata keçirilməsinə töhfə olmuşdur.

Keçidlər