Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev 9 May - Qələbə günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib

09 may 2016 | 16:00

09.05.2016 - İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə Bakıda təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladı.
Müharibə veteranları ilə görüşən Prezident İlham Əliyev onları Qələbə bayramı münasibətilə təbrik etdi və ən xoş arzularını çatdırdı.
Dövlətimizin başçısına xatirə hədiyyələri təqdim olundu.
Azərbaycan Prezidenti iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşdü, onları Qələbə bayramı münasibətilə təbrik etdi.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyan Prezident, Ali Baş Komandan İlham Əliyev İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərən cəsur sərkərdənin, xalqımızın igid oğul və qızlarının, tarixi Qələbənin qazanılmasında payı olan milyonlarla insanın əziz xatirəsini dərin ehtiramla yad etdi.
Dövlətimizin başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçdi.
Prezident İlham Əliyev veteranları Qələbə bayramı münasibətilə bir daha təbrik etdi, ən xoş arzularını çatdırdı.

Keçidlər