Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail RİH kitab paylayır

09 sentyabr 2016 | 16:00

Bakı şəhərinin  mərkəzi rayonu olan Səbail rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün  hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman  diqqət mərkəzində olumuşdur. Rayonda  5 ali, 17 orta və 18 məktəbəqədər təhsil müəssisəsi mövcuddur ki, onların yeni dərs ilinə hazırlığı və yay mövsumu ərzində məktəblərdə aparılan təmir işlərinə RİH-nin tərəfindən nəzarət daha ciddi olmuşdur.
Səbail rayon İcra Hakimiyyətində keçən tədris ilinin yekunlarınün müzakirəsi və qəbul imtahanlarında yüksək nəticələr göstərən bir qrup Səbailli gənclərlə görüş keçirilmişdir. Görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışmışdır.
Qeyd olunmuşdur ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.
Rayondakı əksər təhsil müəssisələri əsaslı təmir olunmuşdur. Ötən tədris ilində Ölkə başçısı cənab İlham Əliyevin müavfiq sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına uyğun olaraq 190 saylı orta məktəb əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
Tədbirdə görülən işlərlə yanaşı keçən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılmışdır. Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat vermişdir ki, ötən  tədris ilində rayonun orta məktəblərini 1462 nəfər bitirmiş, onlardan 1023 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 173  nəfəri 500-dən yuxarı, 79 nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplamış, 118 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar.
2015-2016-cı təhsil ilinin yekununa görə  Səbail rayonu üzrə 8 məzun qızıl və 1 məzun gümüş medala layiq görülərək adları oxuduqları məktəblərin “Şərəf kitabı”na yazılmışdır.
Tədbirdə çıxış edən 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova, 236  saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Xanlar İmaməliyev və digər çıxışçılar  təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda rayon İcra Hakimiyyəti tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara Azərbaycan və dünya ədəbiyyatı korifeylərinin nəfis tərtib olunmuş əsərləri, Ulu öndər Heydər Əliyevin həyatına həsr olunmuş kitablar və Fəxri Fərmanlar təqdim olunmuşdur.
Görüşdən sonra rayon orta məktəblərinin 600-dən çox bal toplamış məzunları üçün Yaxt Klubda gənclər balı təşkil olunmuşdur.

Keçidlər