Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail məktəblərində «Bilik günü» tədbirləri keçmişdir

15 sentyabr 2016 | 16:00

15 sentyabr  - «Bilik günü» ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunmuşdur. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılmış, ilk dərs günü 16 orta məktəbdə dərslərə başlanmışdır.
Tədbirlərdə qeyd olunmuşdur ki, son illərdə təhsil sahəsində qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Ölkə başçısının təhsilə olan diqqət və qayğısının nəticəsidir ki, respublikamızda, o cümlədən paytaxtımızın mərkəzi rayonu olan səbail rayonunda yeni məktəblər tikilmiş, köhnələri əsaslı təmir olunaraq bütün lazımi avadanlıq və vəsaitlərlə təchiz olunmuşlar. Bu da özünü təhsilin keyfiyyətinin artmasında göstərmişdir. Keçən  tədris ilində   rayonun orta məktəblərini  1462 nəfər bitirmiş, onlardan 1023 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 173  nəfəri 500-dən yuxarı, 79 nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplamış, 118 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. Təhsil ilinin yekununa görə  Səbail rayonu üzrə 8 məzun qızıl və 1 məzun gümüş medala layiq görülmüşdür.
Məktəblərdəki tədbirlərdə şagirdlərinin hazırladığı bədii kompozisiya, mahnı və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.
Validenylər və qonaqlar məktəbin yeni dərs ilinə hazırlığını yuksək qiymətləndirdilər.
Rayonda keçirilən ənənəvi «Bilik günü» RİH-nin rəhbər və məsul nümayəndələri, Milli Məclisin deputatları, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Keçidlər