Şriftin ölçüsü :

Saytın rəngi :

Səbailli gənclər «Ağ ölümə» yox deyir!» mövzusunda tədbir keçirilmişdir

28 oktyabr 2016 | 16:00

Yeniyetmələr arasında sağlam həyat tərzinin  təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə rayonun bütün orta və ali təhsil ocaqlarında Narkomaniya əleyhinə işlər və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsmannın təşəbbüsü ilə keçirilən «Uşaq hüquqları aylığı» çərçivəsində ekspert və mütəxəssislərin iştirakı ilə maarifləndirici tədbirlər təşkil olunur. «Səbailli gənclər «Ağ ölümə» yox deyir!» mövzusunda növbəti tədbir paytaxtın mərkəzindəki 132-134 saylı Təhsil Kompleksinin akt zalında tədbir keçirilib. Tədbirdə bildirilib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.
Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinin, Dövlət Komissiyası İşçi Qrupunun, ağsaqqalların, pedaqoji işçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndəlrinin, orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbiri 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova açaraq qonaqları və tədbir iştrakçılarını salamladı, tədbirin məqsədi barədə məlumat verdi. 
Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat vermiş, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd edilmişdir ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.
Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimov müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə danışmışdır. Bildirmişdir ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. O, rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat vermişdir.
Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun  nümayəndəsi Eldar Sadıqov, Ombudsman aparatının şöbə müdiri Faiq Ağayev, Respublika Narkoloji dispanserinin həkimi  Afət Məmmədova, Səbail Rayon Polis İdarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşı, polis leytenantı Bəhrəm Qasımzadə, İçəri şəhər «Cümə məscidi» dini icmasının nümayəndəsi hacı Elşən Əlizadə və digər çıxışçılar  ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd etdilər. Bildirdilər ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur.
Çıxışlarda narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümyandələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruriliyi vurğulanmışdır.
Tədbirdə narkomaniyanın fəsadları ilə bağlı film nümayiş etdirildi, yeniyetmələrə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verildi, tədbir iştirakçılarının təklifləri dinlənilərək onları maraqlandıran suallar cavablandırıldı  və iştirakçılara narkomaniyanın fəsadlarını göstərən bukletlər paylandı.

 

 

 

Keçidlər