Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir

07 dekabr 2016 | 16:00

Hər il olduğu kimi Ümummilli liderimiz Heyər Əliyevin vəfatının dönümü ilə əlaqədar Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimiz əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin,  KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında xalıqmızın Ümummmilli lideri Heydər Əliyevin xatirəsinə hərs olunmuş təntənəli anım mərasimi keçirilmişdir.
Səhnədəki monitorda Ulu öndər Heydər Əliyevin portreti canlandırılmışdı. Tədbir dəniz dalğalarının səsləri ilə başlanır və Azərbaycan Respublikasının  Xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında  İohan Sebastyan Baxın  «Ariya»sı   səslənir. Orkeçtrin ifası zamanı Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilir.
Tədbirdə qeyd olunmuşdur ki, düz 13 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xadqımızın Ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. O, xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir
Qeyri-adi şəxsiyyət, hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıbdır. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.
“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” deyən Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin tərəqqisi üçün bir insanın həyatı boyunca bir dövlət üçün edə biləcəyi hər şeyi etdi və ömrünün ən möhtəşəm əsərini – Müstəqil Azərbaycanı əmin əllərə tapşırıb rahatlıq hissi ilə dünyadan köçdü.
Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın. Bütövlükdə isə Heydər Əliyev epoxası yüksəliş epoxasıdır. İqtisadiyyatdan başlamış mədəniyyətə qədər müxtəlif sahələrdə yüksəliş epoxası. Təkcə sovet hakimiyyəti illərində onun göstərdiyi görkəmli fəaliyyət böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır.
“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən  Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Bəli, o, bütün ömrünü Azərbaycanın indiki nailiyyətlərinə həsr etmişdi və indi gündən-günə daha da güclənən, inkişaf edən müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğur Heydər Əliyevin ömrünün davamıdır.
90-cı illərin əvvəllərində Azərbaycanın həlli görünməyən müdhiş problemləri vardı. Ölkə dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Lakin eyni zamanda bu ölkəni öz canı qədər sevən Heydər Əliyev kimi böyük şəxsiyyət vardı. Xalqın müraciəti ilə Heydər Əliyev Azərbaycan tarixinin bu həlledici anında özünü vətənin harayına yetirən sərkərdə olaraq onu uçurumun astanasında tutub saxladı və ona heç zaman düşmən iradəsinə təslim olmamaq şansını verdi. Ölkəmizə özünəməxsus bir siyasi realizmlə müstəqil dövlət quruculuğuna təkan verdi.
Azərbaycan onun böyük vətəni idi. O öz böyük vətənini sevdiyi kimi, kiçik vətənini, yəni ailəsini də dünyalarca sevirdi. Ailə onun dayağı idi, ona bütün işlərində dəstək idi. Onun ailə dəyərlərinə verdiyi qiymət həmişə hörmətlə xatırlanır və xatırlanacaqdır. Bizim hər birimiz fəxr etməli və qürur duymalıyıq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyevlə yanaşı Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyevin sevimli nəvələri ləyaqətlə davam etdirir, öz xeyirxah və nəcib əməlləri ilə hamıya nümunə göstərirlər.
Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətnliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə rəhbəri İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. Bu siyasəti son 13 ildə davam etdirən Prezident İlham Əliyev milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına bacarıqla transformasiya edir.
XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin mühtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.
Tədbirdə tanınmış incəsənət xadimləri  xalq artisti Murad Hüseynov, əməkdar artistlər Aygün Bəylər və Fərqanə Qasımova, beynəlxalq müsabiqələr laureatları Fəridə Məmmədova, Nigar Cəlilova, skripkaçı Rövşən Əmrahov çıxış etmiş, anım gecəsi gənc və istedadlı müğənni İlham Nəzərovun ifasında Müslüm Maqomayevin   «Azərbaycan» mahnısı ilə bitmiş, mərasim zamanı gənc rəssam Ella Əzizbəyova qumla ulu öndərin şəklini çəkmişdir.
Mərasim çox təsirlı və yaddaqalan keçmiş, tamaşaçılar zalı göz yaşları ilə tərk etdilər.

 

Keçidlər