Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildəki tədbirdə Azərbaycan bosonovası ifa olundu

24 dekabr 2016 | 16:00

Dekabrın 24-də Dənizkənarı Milli Bulvardakı Beynəlxalq Muğam Mərkəzində Səbail rayon İcra Hakimiyyəti və Muğam Mərkəzinin birgə  təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azəbaycanlılarının Həmrəyliyi günü və yeni ilə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, rayondakı idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirin əvvəlində təşkil olunmuş furşet mərasimində Səbail Rayon İcra Hakimiyətinin başçısı Eldar Əzizov qeyd etmişdir ki, 31 Dekabr   tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının həmrəylik günü kimi qeyd edilir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  hazırda ulu öndərin bu estafetini də uğurla davam etdirir. Hazırda ölkə başçısının gördüyü işlər, həyata keçirilən siyasət  Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır. 
Eldar Əzizov arxada qalan 2016-cı ildə rayonda görülmüş işlər, gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat verərək tədbir iştirakçılarını  – Dünya Azəbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibəti ilə təbrik etmişdir.
Beynəlxalq Müğam Mərkəzində təşkil olunan konsert proqramında Azərbaycan bosonovası stilində mahnı və kompozisiyalar səslənmiş, konsertdə Azərbaycanın populyar və tanınmış incəsənət xadimlərindən xalq artisti Murad Hüseynov və Mənsum İbrahimov, caz kompozisiyalarının ifaçısı Təranə Mahmudova, əməkdar artistlər Sahib Paşazadə, Çinarə Heydərova, populyar artistlər Nisbət Sədrayeva, Hüseyn MəlikovÜmidə Abbasova və başqaları çıxış etmişlər. 
Tədbirdə Səbail rayon ictimaiyyətinin nümayəndələri adından ölkəmizin Prezidenti cənab İlham Əliyev doğum günü münasibəti ilə təbrik edilmiş, ona möhkəm can sağlığı, xöşbəxtlik, Azərbaycanımızın tərəqqisi və  inkişafı, xoşbəxt gələcəyi naminə göstərdiyi möhtəşəm fəaliyyətində müvəffəqiyyətlər arzulanmışdır.

Keçidlər