Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda növbəti iməclik keçirilib

15 aprel 2017 | 16:00

Səbail rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı tədbirlər sərçivəsində Rayon İcra Hakimiyyəti tərəfindən növbəti iməclik keçirilib. Səbail Rayon ictimaiyyəti, təsərrüfat xidmətləri, idarə və təşkilatların nümayəndələrinin, gənclərin  iştirakı ilə Badamdar qəsəbəsinin yeni yaşayış massvində və həmçinin keçən il «Şıx» yamacında yaradılmış «Ekoloji park»ın ərazisində ümumilikdə 1000 nəfərə yaxın insan iştirak etmişdir.
Badamdar qəsəbəsində 4,8 ha sahədə salınmış Zeytun bağında ağaclara qulluq göstərilmiş, ərazi daş və məişət tullantılarından təmizlənmişdir. Ağaclara ilboyu qulluq göstərilməsi üçün burada su çənləri quraşdırılmış və damcı üsulu ilə suvarılma xətləri çəkilmişdir. İlboyu göstərilən qulluq nəticəsində ötən il əkilmiş ağacların çox böyük əksəriyyətinin boy atdığı müşahidə olunmuşdur. İməclikdə əlavə olaraq 1000 ədəd yeni ağac əkilmişdir ki, onların da əksəriyyətini həmin ərazinin iqliminə uyğun olan Eldar şamı və zeytun ağacları təşkil etmişdir.
Həmçinin iməclik «Şıx» yamacında 29 ha sahədə salınmış «Ekoloji park»ın ərazisində də keçirilmişdir. Burada keçən il RİH tərəfindən 75 mindən çox yeni ağac əkilmiş və onlara daimi qulluq göstərilməsi təşkil olunmuşdur. Buradakı ərazidə də təmizlik işləri görülmüş, ərazi və ağacların dibi quru otlardan təmizlənmiş, damcı üsulu üçün nəzərdə tutulan xətlər təftiş olunmuşdur.
Səbail rayonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum gununə həsr olunmuş iməcliklər və ağacəkmə aksiyaları ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonun daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı və həmçinin səbaillilərin Ulu öndərimizin əziz xatirəsinin yad olunmasına bir töhfə olmuşdur.
Mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.

 

 

Keçidlər