Şriftin ölçüsü :

Saytın rəngi :

Sən əlçatmaz zirvəsən...

02 may 2017 | 16:00

Mayın 2-də Səbail rayonu 51 nömrəli orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Sən əlçatmaz zirvəsən” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Məktəbin direktoru Tərlan Bayramova müstəqil müasir Azərbaycan dövlətinin qurucusu və memarı dahi lider Heydər Əliyevin həyat və fəaliyyəti, Ulu Öndərin xalqımızın tarixindəki rolu barədə danışıb.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edib, Ümummilli Liderin zəngin irsinin bütün nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb. O, şagirdləri azərbaycanlı olmağı ilə həmişə fəxr edən müdrik şəxsiyyət Heydər Əliyevin irsini daha dərindən öyrənməyə və bundan bəhrələnməyə çağırıb.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov xalqın inamını özünə qaytaran, sabitlik və əmin–amanlıq yaradan Ümummilli Lider tərəfindən uşaqların, gənclərin yaxşı təhsil almaları, geniş dünyagörüşünə malik olmaları, ölkəmizi layiqincə təmsil etmələri üçün gözəl şərait yaradıldığını bildirib.

Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub, şagirdlər dahi rəhbərə həsr olunan ədəbi–bədii kompozisiya göstəriblər.

Keçidlər