Şriftin ölçüsü :

Saytın rəngi :

Monmart yenidən Səbaildə

10 may 2017 | 16:00

Səbail rayonunun mərkəzindəki “Sahil bağı”da  Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatşılığı ilə rayon məktəbliləri və gənc rəssamların iştirakı ilə  «Heydər Əliyev və Azərbaycan» mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.
Bayramsayağı bəzədilmiş “Sahil bagı”da böyük abadlıq isləri aparılmış, park başdan-başa yenilənmiş, müxtəlif kompozisiyalar hazırlanmışdır. Parkdakı gül kompozisiyaları insanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin dili ilə baxmağa vadar edirdi.
Rayonun orta məktəblərində, həmçinin Bakı Oksford məktəbində oxuyan və 20 saylı Uşaq Yaradıcılıq Mərkəzində məşğul olan 200-dən çox məktəbli, 100-dən çox gənc rəsam ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın portretlərini, həmçinin doğma Azərbaycanın müxtəlif güşələrini, gözəl mənzərə və gül kompozisiyalarını əks etdirən  müxtəlif rəsmlər çəkmişlər. Tanınmış rəssamlar, eləcə də müəllimlər məktəblilərə rəsmlərin çəkilişində müvafiq məsləhətlər vermişlər.
Eyni zamanda parkda gənc rəssamların mövzuya aid çəkdikləri rəsmlərdən ibarət sərgi də nümayiş etdirilmiş, sərgi tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanmışdir. Gənc rəssamlar öz əsərlərinin nümayisi vaxtı tamaşaçılara əsərləri ilə bağlı izahlar vermişlər. 
Azərbaycan Rəssamlar İttifaqının, Uşaq Yaradıcılıq Mərkəzinin və rayon rəsmilərinin iştirakı ilə yaradılmiş münsiflər heyəti məktəblilərin rəsmlərinə baxaraq qalibləri müəyyən etmişdir. Ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məktəbli Səbinə İbrahimova tərəfindən çəkilmiş rəngli portreti münsiflər heyəti və sərgi iştirakçılarının yekdil qərarı ilə birinci yerə layiq görülmüşdür. Müsabiqənin qalibləri Səbail RİH-nin Fəxri Fərmanları və hədiyyələri ilə, digər iştirakçılar və sərgidə əsərləri nümayiş etdirilən gənc rəssamlar Səbail RİH  sertifikatları  ilə mükafatlandırılmışlar.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, rayonun idarə, təşkilarlarının rəhbərləri, pedaqoji kollektivlərin və ictimaiyyətin nümayəndələri parkı gəzmiş. məktəblilərin çəkdikləri rəsmlər, parkdakı sərgi və burada yaradılan gül kompozisiyaları ilə tanış olmuş, iştirakçılarla səmimi söhbətlər etmişlər.
Sərgi və rəsm müsabiqəsi tədbirdə iştirak edən şəhər sakinləri və rayon ictimaiyyəti nümayəndələrinin diqqətini cəlb etmişdir.

Keçidlər