Şriftin ölçüsü :

Saytın rəngi :

6 saylı məktəb-liseyin kolktivi ağacəkmə aksiyası keçirmişdir

10 may 2017 | 16:00

Səbail rayonu 6 saylı məktəb-liseyin kollektivinin təşəbbüsü ilə Badamdar qəsəbəsi 3-cü yaşayış massivində Rayon İcra Hakimiyyəti tərəfindən salınmış Zeytun bağında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir. Məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucovanın rəhbərliyi ilə məktəbin şagirdləri bağda 94 ədəd zeytun ağacı əkmiş, onların dibinə su verərək, ətraf ərazini alaq otu və məişət tullantılarından təmizləmişlər.
Bu ağacların böyüməsi üçün məktəblilər mütəmadi olaraq bura gələrək onlara qulluq göstərməyi qərara almışlar.
Bu aksiya müdrik rəhbərin ad gününə məktəblilərin töhfəsi olmuşdur.

Keçidlər