Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi günü geniş qeyd olunmuşdur

01 iyun 2017 | 16:00

«Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi ondan asılı olacaqdır»
Heydər Əliyev
Gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur.  1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə  Səbail rayon İcra Hakimiyyəti və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ilə birgə Dənizkənarı Milli Parkdakı «Yaxt-klub»da müxtəlif sahələr üzrə istedadı olan uşaqların, idmançıların, əlil və sağlamlığı məhdud olan, icma əsaslı reabilitasiya mərkəzində xidmət göstərilən, müxtəlif uşaq evlərində tərbiyə alan uşaqların, rayondakı 219 saylı evdə-məktəbin şagirdlərinin, həmçinin  rayonun aztəminatlı ailələrinin uşaqları üçün bayram tədbiri təşkil olunmuşdur.
Tədbiri açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Xalidə Bayramova tədbirdə iştirak edən uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, xöşbəxt həyat və səadət arzulamışdır.  Bayramın tarixçəsindən danışan Xalidə Bayramova bildirilmişdir ki, hazırda Azərbaycanda əhalinin 29 %-ni 18 yaşınadək uşaqlar təşkil edir. Uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşlar.
Qeyd olunmuşdur ki, Azərbaycanda Uşaq siyasətinin əsası Ümummillli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan körpələri hər il Heydər Əliyevlə olan görüşlərdən sonsuz coşqu və böyük ilham alırdılar.  Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. 
Heydər Əliyev Fondunun fəaliyyəti  Azərbaycanın  gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlmişdir. Fond tərəfindən son illər ərzində respublikamızın ən müxtəlif bölgələrində yüzlərlə müasir məktəb binası tikilib istifadəyə verilmiş, 100-lərlə   körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini Cəbrayıl Mahmudlu bildirmişdir ki, bu gün dövlətimiz hər bir Azərbaycanlı uşağının yüksək sosial-mənəvi  mühitdə böyüməsinə çalışır. Məqsəd – uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir. Hazırda əlil və sağlamlığı məhdud uşaqlara olan diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir və istər dövlət, istərsə də cəmiyyət tərəfindən bu kimi uşaqlara olan qayğı hər zaman artırılmalıdır.
Тədbirdə  populyar incəsənət xadimləri, şən klounlar və məzhəkəçilər uşaqlar qarşısında çıxış etmiş, təşkilatçılar tərəfindən tədbirdə iştirak edən uşaqlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.

 

Keçidlər