Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət İqtisad Universitetində "Milli qurtuluşa aparan yol" adlı konfrans

13 iyun 2017 | 16:00

İyunun 13-də Azərbaycan Dövlət İqtisad Universitetində Milli Qurtuluş Gününə həsr edilən “Milli Qurtuluş Azərbaycanın xilas tarixidir” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin UNEC-in foyesində ucaldılan büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.
Azərbaycan dövlət himni səsləndirildikdən sonra UNEC-in müəllim heyətinin Ulu Öndərlə bağlı xatirələrini əks etdirən videoçarx nümayiş olunub.
UNEC-in rektoru, professor Ədalət Muradov Milli Qurtuluş Gününün milli məfkurəmizdəki yerindən və mövqeyindən bəhs edib. Rektor bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan xalqını parçalanmadan, vətəndaş müharibəsindən, ümumilikdə isə, dövlətçilik prinsiplərini birdəfəlik yoxolma təhlükəsindən xilas edib.
Ulu Öndərin həyata keçirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən rektor Azərbaycanın sabit, dinamik inkişafından söz açıb, ölkə iqtisadiyyatında və təhsilində qazanılan nailiyyətlərdən danışıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Azərbaycan xalqının tarixində ən parlaq səhifələrdən olan Milli Qurtuluş Günü müasir tariximizin yeni bir nümunəsidir. Ulu öndər Heydər Əliyev məhz bu tarixdə xalqın böyük sevgisi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq Azərbaycanı düşdüyü bəlalardan xilas edib. Azərbaycan xalqının Ümummilli Lideri öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Sonra UNEC-in Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan yüz əməkdaşı və tələbəsinə üzvlük vəsiqələri təqdim edilib. Partiya sıralarına qəbul üçün yüz əməkdaş və tələbənin isə müraciətləri təmin olunub.
Tədbir UNEC Yaradıcılıq Mərkəzi üzvlərinin iştirakı ilə konsert proqramı ilə davam edib.

Keçidlər