Şriftin ölçüsü :

Saytın rəngi :

«Gənclər «Ağ ölümə» yox deyir!» mövzusunda tədbir keçirilmişdir

21 sentyabr 2017 | 16:00

Səbail Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin məsul əməkdaşlarının, pedaqoji işçilərin, ictimaiyyət nümayəndəlrinin, məktəbin şagirdlərinin iştirakı ilə keçirilən tədbiri açan 162 nömrəli orta məktəbin direktoru Sevinc Abbasova bildirmişdir ki, bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox  zəruridir. Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkomaniya probleminə qarşı mübarizə tədbirlərinin görülməsi vacibliyinin ön plana çıxdığını və problemə münasibətdə yeni mərhələnin başlandığını qeyd etdi.  Bildirildi ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.
Tədbirdə çıxış edən Səbail Rayon Polis İdarəsinin rəis müavinı, polis polkovnik-leytenentı Emil Cavadov ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd etdilər. Bildirdi ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Çıxışda Narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruriliyi vurğulanmışdır. 
Tədbirdə çıxış edən Rayon Polis İdarəsi Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis mayoru Ədalət Ağayev, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşıpolis leytenantı Bəhrəm Qasımzadə və başqaları  yeniyetmələrə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verdilər.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilərək onları maraqlandıran suallar cavablandırıldı, narkomaniyanın fəsadları ilə bağlı film nümayiş etdirildi.

Keçidlər