Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə Bayraq gününə həsr olunmuş tədbirlər davam edir

08 noyabr 2017 | 16:00

Dövlət Bayrağı gününə həsr olunmuş növbəti tədbir rayonun Bayıl yaşayış sahəsində  Dövlət Bayrağı Meydanına yaxın ərazidə yerləşən 91 №-li orta məktəbdə təskil olunmuş «Bayrağımız – and yerimizdir» adlı ədəbi-bədii tədbir olmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlamışdır.
Əvvəlcə 91 №-li orta məktəbin direktoru Svetlana Zülfüqarova tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verdi. Qeyd olundu ki, Bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb, müstəqillik uğrunda gedən mücadilələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyanıb. Ona görə də hər bir azərbaycanlı üçün bu bayraq həm də müqəddəsdir.
Çıxış edən Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatı şöbə müdiri müavini İsrafil Kərimov bildirmişdir ki, rayonda ilk tədbirin məhz bu məktəbdə keçirilməsi bu təhsil ocağının əzəmətli Dövlət Bayrağı Meydanına ən yaxın ərazidə yerləşməsidir. Hər bir məktəbli belə bir məktəbdə oxumasından qurur duymalıdır.
Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur. Onu başı üzərində uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur.
Məhz Ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində üç rəngli, ay ulduzlu bayrağımız ikinci dəfə 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilərək Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmiş, daha sonra isə Azərbaycan Respublikası Ali Soveti  5 fevral 1991-ci ildə üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmiş və artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Tədbirdə çıxış edən Azərbaycan Müharibə, Əmək, Silahlı Quvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Azərbaycan  Vətən Müharibəsi Vütüranları Birliyi Səbail Rayon təşkilatının səbdi İlham Əliyev və başqaları bildirdilər ki, babalarımız milli və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər. Dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür.
Tədbirlə məktəblilərin ifasında bayrağımıza həsr olunmuş şer, mahnı və ədəbi kompozisiyalar səslənmiş, onların çıxışları zala toplaşanların alqışları ilə qarşılanmış və tədbir iştirakçılarında xoş təəssüratlar yaratmışdır.

Keçidlər