Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Qəlbin yaddaşı” adlı anım mərasimi keçirilmişdir

13 dekabr 2017 | 16:00

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin,  KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında xalıqmızın Ümummmilli lideri Heydər Əliyevin xatirəsinə hərs olunmuş “Qəlbin yaddaşı” adlı anım mərasimi keçirilmişdir.
Səhnədəki monitorda Ulu öndər Heydər Əliyevin portreti canlandırılmışdı. Azərbaycan Respublikasının  Xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında  İohan Sebastyan Baxın  «Ariya»sı səsləndi. Orkeçtrin ifası zamanı ekranda Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video fraqmentlər nümayiş etdirildi.
Tədbirdə qeyd olunmuşdur ki, düz 14 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xadqımızın Ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. O, xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir
Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətnliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə rəhbəri İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. Bu siyasəti son 14 ildə davam etdirən Prezident İlham Əliyev milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına bacarıqla transformasiya edir.
XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.
Xalq artisti Vaqif Əsədovun rejissorluğu ilə hazırlanmış anım mərasimi Zəlimxan Yaqubun Azərbaycan xalqının Ümummıllı lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi “Böyük ömrün dastanı” poemasından şerlərlə davam etdi və Heydər Əliyev polunu canlandıran əməkdar artist Fizuli Hüseynov ulu öndərin xatirələrini səsləndirdi. Tədbirdə Heydər Əliyevin gənclik illəri, ölkə rəhbəri kimi çalışdığı dövr, onun Azərbaycanın inkişafı və tərəqqisi üçün gördüyü işləri əks etdirən video-fotoların nümayişi ilə ulu öndərin sevdiyi mahnılar ifa olundu, sonra Leyla Əliyevanın dahi Azərbaycanlıya həsr etdiyi “Qəlbin yaddaşı” şeri səsləndi.
Səhnədə həmçinin əməkdar artist Elşən Rüstəmov, aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Günel İmanova ulu öndərə həsr olunmuş şerləri oxumuş, xalq artistləri Murad Hüseynov, Azər Zeynalov, əməkdar artistlər  Ehtiram Hüseynov və skripkaçı Rövşən Əmrahov, gənc ifaçı Çinarə Məlikzadə müxtəlif musiqi janrlarında səslənən mahnı və musiqi nömrələri ilə çıxış etmiş, anım gecəsi gənc və istedadlı müğənni İlham Nəzərovun ifasında Müslüm Maqomayevin «Azərbaycan» mahnısı ilə bitmişdir.
Mərasim çox təsirlı və yaddaqalan keçmiş, tamaşaçılar zalı göz yaşları ilə tərk etdilər.

Keçidlər