Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda növbəti iməclik keçirilmişdir

16 dekabr 2017 | 16:00

Ulu öndərin şəxsi təşəbbüsü ilə ötən əsrin 70-ci illərində yaradılmış “Dostluq parkı”nda və eləcə də Səbail RİH tərəfindən “Şıx” ərazisindəki yamacda salinan “Ekoloji park”ın ərazisindəki ağacəkmə aksiyası RİH başçısının müavini Abit Əliyev və YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyevin, rayonunun idarə, təşkilat, müəssisələrinin, təsərrüfat xidmətlərinin işçiləri və rayon ictimaiyyətinin nümayəndələrinin, YAP üzvlərinin, yüzlərlə insanın iştirakı ilə keçirilmişdir.
Keçirilən iməсlikdə ümumilikdə 1000 ədəd yeni Eldar şamı, oluandr, kiparis, zeytun və s. ağacları əkilmiş, əlavə olaraq əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir. Ağacların normal inkişafı üçün gübrə gətirilmiş, onlara qulluq göstərilməsi və gündəlik suvarılması məsələləri həll olunmuşdur.
“Şıx” ərazisində bu iməcliklərin keçirilməsi və burada böyük “Ekoloji park”ın  yaradılması ekoloji problemlərin mövcud olduğu Bibiheybət buxtası və ümumilikdə Bakı şəhərindən cənub və qərb istiqamətində çıxış ərazilərinin ekoloji təmizliyi, gələcəkdə burada sağlam zonaların yaradılması istiqamətində görülən işlərə səbaillilərin  töhfəsidir. 

Keçidlər