Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci vitse-prezident Mehriban Əliyeva Səbail rayonunda əsaslı surətdə yenidən qurulan 157 nömrəli uşaq bağçasının açılışında iştirak edib

06 mart 2018 | 16:00

Bayıl yaşayış sahəsində yerləşən uşaq bağçasının ikimərtəbəli binası 100 il əvvəl inşa olunmuşdu. Yüz uşağın tərbiyə aldığı binanın əsaslı təmirə ehtiyacı var idi. Bağça binasının tam qəzalı olması səbəbindən bina sökülərək yerində 3 mərtəbəli, zirzəmisi olan yeni gözəl bina tikilmişdir. Bina müasir üzlük daşla üzlənmiş, bura dəmir dam örtüyü vurulmuş, müasir qapı və pəncərələr quraşdırılmışdır. Tikiti işlərinin qısa zamanda və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün lazımi tədbirlər görülmüşdür. Nəticədə bu uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılmışdır. 
Təcrübəli dizaynerlərin eskizlərinə əsasən binanın giriş hissəsi, foye, qrup otaqları və zallar xüsusi dizaynla işlənib, pilləkənlərə fiqurly məhəccərlər quraşdırılib, koridor və pilləkənlərə mərmər-qranit vurulub, otaqlara parket döşənib, bağça binasının fasadına müasir dizayla işlənmiş mozaik panno vurulub, 1,5 metr diametrili saat quraşdırılıb.
Ümumi sahəsi təxminən 2000 kvadrat metrə yaxın olan olan bağça binasında 110 uşağın tərbiyə alacağı 5 qrupun hər biri üçün əvvəlki vəziyyətdən qat-qat artıq sahəsi olan oyun və yataq otaqları, ayrıca sanitariya qovşaqları və mətbəxlər, həmçinin geniş  musiqi və əyləncə zalları, tibb kabineti, müasir avadanlıqla təchiz olunmuş əsas mətbəx, geniş yeməkxana və yardımçı otaqlar tikilmiş, otaqlar hər çür avadanlıq və ləvazimatlarla təchiz olunmuşdur. Bağçada uşaqların tərbiyəsi ilə 10 tərbiyəçi, 1 musiqi rəhbəri və texniki işçilər də daxil olmaqla 25 nəfər məşğul olacaqdır.
Bağçanın girişindəki foyedə Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər quraşdırılmışdır. Ayrıca foto şəkillər Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti   Mehriban xanım Əliyevanın fəaliyyətinə həsr olunmuşdur.
Bağçanın otaqlarının divarlarına uşaqlar üçün nəzərdə tutulmuş divar kağızları vurulub, otaqlar və koridorlar uşaqların çox sevdiyi nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarlarla, lazımi mebel dəstləri, soyuducular, televizorlar, uşaq oyuncaqları və digər lazımı əşyalarla təchiz edilib.
Bağçanın həyətində, giriş və dəhlizlərində, otaqlarda müşahidə kameraları, müasir yanğından mühafizə sistemi quraşdırılıb, yeni kommunikasiya xətləri və istilik sistemi qurulub.
Bağçanın həyətinə dekotativ daş döşənib, bağça binasının qarşısına qazon otu, müxtəlif çiçəklər və gül kolları, ətraf əraziyə yeni ağaclar əkilib, bağçanın hasarı yenilənib, divara aqlay üzlük vurulub, yeni giriş qapısı   quraşdırılib.
Eyni zamanda bağçanın yerləşdiyi küçə və ətrafdakı yaşayış binaları da təmir olunub, binalara yeni mansard tikilib, küşəyə asfalt salınıb.
Bağçada yaradılmış şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verəcəkdir.

 

 

Keçidlər