Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş iməclik keçirildi

05 may 2018 | 16:00

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbirlər paytaxtımızın Səbail rayonunda xüsusi təntənə ilə keçirilir. Əlamətdar günlə bağlı   ərazidəki park və bağlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, yaşıllıqlar salınmış, yeni ağaclar əkilmişdir.
Ulu öndərin doğum gününə həsr olumuş növbəti genişmiqyaslı ağacəkmə aksiyası Səbail RİH tərəfindən məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə keçən əsrin 70-ci illərində yaradılmış “Şıx” ərazisindəki “Dostluq parkı”nda  rayonun idarə, təşkilat, müəssisələrinin, təsərrüfat xidmətlərinin işçiləri və rayon ictimaiyyətinin nümayəndələrinin, ümumilikdə 500 nəfərin iştirakı ilə keçirilmişdir.
İməclik parkın bütün ərazisini əhatə etmişdir. Ərazidə toplanmış daş və digər tullantılar bir yerə yığılaraq texnika vasitəsi ilə daşınmışdır. İştirakçılar küləyin əraziyə gətirdiyi selofan, kağız parçalarını yığışdırmış, əvvəlki illərdə əkilmiş ağaclara qulluq göstərilmiş, onların dibi açılmış, ərazi qurumuş otlardan təmizlənmiş, ağacların qurumuş budaqları budanaraq ərazidən çıxarılmışdır. Parkda ağacların sulanması üçün çəkilmiş xətlər onların inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
Iməclik iştirakçıları parkın ərazisində 1000 ədəd Eldar şamı, zeytun və digər ağaclar əkmiş, ərazi quru ot və digər tullantılardan təmizlənmiş, əlavə olaraq əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir.
Iməclikdə Bakıdakı İB məktəbləri sırasıda yer alan 6 nömrəli məktəb-liseyin kollektivi də fəal iştirak etmiş, balacalar təbiətin qorunması və yeni ağacların əkilməsinə öz töhfələrini vürmişlər.
Parkin yaradılması ekoloji problemlərin mövcud olduğu Bibiheybət buxtası və ümumilikdə Bakı şəhərindən cənub və qərb istiqamətində çıxış ərazilərinin ekoloji təmizliyi, gələcəkdə burada sağlam zonaların yaradılması istiqamətində görülən işlərə səbaillilərin  töhfəsi olacaqdır. 
Eyni zamanda Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun istirahət parkları və bağlarında güllərdən müxtəlif kompozisiyalar hazırlanmışdır.
Ulu öndərin ad günü ilə baglı həyata keçirilən abadlıq-yaşıllaşdırma işləri müdrik rəhbərin təbiətə, gözəlliyə olan sevgisi, Azərbaycan təbiətinin qorunması ilə bağlı tövsiyələrinin həyata keçirilməsinə töhfə olmuşdur.

Keçidlər