Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə Ulu öndərin sevimli tamaşasına ictimai baxış

10 may 2018 | 16:00

Səbail rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir. Növbəti tədbir Rayon İcra Hakimiyyəti ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının birgə təşkilatçılığı ilə ulu öndərin ən çox sevdiyi və dəfələrlə tamaşa etdiyi əsərlərdən biri olan dahi dramaturq Mirzə Fətəli Axundzadənin «Musyo Jordan və Dərviş Məstəli şah» tamaşasına ictimai baxış olmuşdur.
Rayon ictimaiyyəti və qonaqların iştirakı ilə keçirilən tədbirin əvvəlində teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovski çıxış edərək ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən danışdı.
Sonra teatrın artisrlərinin ifasında Mirzə Fətəli Axundzadənin «Musyo Jordan və Dərviş Məstəli şah» tamaşası nümayiş etdirildı.
Xalq artistləri Məbud Məhərrəmov və Səfa Mirzəhəsənovun, əməkdar artistlər Fuad Osmanov, Natalya Şarovskaya, Mələk Abbaszadənin, artistlər Həcər Ağayeva, Milana Mardaxanova, Salman Bayramov, Murad Məmmədov və başqalarının ifaları sürəkli alqışlarla qarşılanmışdır.

Keçidlər