Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə iməclik keçirilib.

10 noyabr 2018 | 16:00

Noyabrın 10-da Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 20-ci Sahə, Gülbala Əliyev küçəsinin 2 kilometrdən artıq əsas hissəsində təmizlik-bərpa  işləri aparılıb.
Küçənin böyük hissəsi,   xüsusi texnika cəlb olunaraq məişət və tikinti tullantılarından təmizlənmiş, yararsız hala düşən su kəməri bərpa edilmiş, ağac və kollar budalanmış, həmçinin yamaclar qumla doldurularaq hamarlanmışdır.
Rayon ərazisinin bütün hissələrinin,  ekoloji standartlara uyğun olaraq təmizlənməsi və bərpası, insanların təhlükəsizliyini təmin edən şəraitin tənzimlənməsi işləri,  yaşıllaşma və abadlıqla bağlı digər işlərin görülməsi davam edəcək.
 

Keçidlər