Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar qəbul- görüş keçirib.

15 noyabr 2018 | 16:00

Noyabrın 15-də, 2 №-li texniki humanitar liseydə Səbail Rayon İcra
Hakimiyyətinin başçısı Vuqar Zeynalov rayon sakinləri ilə növbəti səyyar qəbul-
görüş keçirib.
Səyyar qəbulda, rayon sakinlərinin problemləri dinləniləndən sonra,
qaldırılan məsələlərin həlli üçün rayon rəhbəri tərəfindən, görüşdə iştirak edən
rayon kommunal qurumlarının nümayəndələrinə yerindəcə müvafiq tapşırıqlar
verilib və onların həlli nəzarətə götürülüb.
Qəbulda, rayon icra başçısı Vuqar Zeynalov, Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, yerlərdə mütəmadi
səyyar qəbul və görüşlər keçirildiyini qeyd edib və belə görüşlərin, əhalini
narahat edən problemlərin yerində oyrənib operativ həllində önəmli məqsəd
daşıdığını bildirib .
Görüşdə Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, sahə inzibati
ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin
rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Keçidlər