Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Badamdar qəsəbəsində keçirildi.

20 dekabr 2018 | 16:00

Dekabrın 20-i, Badamdar qəsəbəsi 236 №-li məktəbdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib.
Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.
Qəbulda, rayon icra başçısı Vuqar Zeynalov, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, yerlərdə mütəmadi səyyar qəbul və görüşlər keçirildiyini qeyd edib və belə görüşlərin, əhalini narahat edən problemlərin yerində öyrənib operativ həllində önəmli məqsəd daşıdığını bildirib .
Görüşdə Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Sonda qəbulda iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və yerlərdə mütəmadi olaraq keçirilən səyyar qəbul və görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğuladılar.

Keçidlər