Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayon məktəbliləri Naxçıvana yola düşüblər

15 mart 2019 | 16:00

Naxçıvana gedəcək qrupa rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçiliblər. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb. Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olan tur-aksiyanın təsdiq olunmuş proqramına əsasən Səbailli yeniyetmələr 3 gün ərzində Naxçıvanın görməli yerlərində olacaq, Heydər Əliyev Mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini  ziyarət edəcək, bölgə ilə yaxından tanış olacaqlar. Həmçinin şagirdlərin asudə vaxtlarının təşkili də nəzərə alınmışdır.

Əvvəlcə tur iştirakçıları Rayon İcra Hakimiyyətində ulu öndər Heydər Əliyevin büstü önündə toplaşmış, büstün qarşısına əkil qoyulmuşdur.
Səbail Rayon İcra Hakimiyyətinın başçısı Vuqar Zeynalov şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamış və eyni zamanda Novruz bayramı münasibətilə şagirdləri təbrik etmişdir.Qeyd olunmuşdur ki, bu tur aksiya çərçivəsində Naxçıvandan da Bakı şəhərinə yeniyetmələrin böyük  qrupu gəlir. Onlar paytaxtımızın, o cümlədən Bakının mərkəzi rayonu olan Səbail rayonunun görməli yerləri, mədəniyyət ocaqları ilə tanış olacaq, onların maraqlı istirahəti təşkil olunacaqdır. Bu səfərlərin yeniyetmə və gənclərin bilik və savadının, dünya görüşünün  artırılması istiqamətində mühüm bir tədbirlər olduğu xüsusi qeyd olunmuşdur.
Sonda  Səbailli məktəblilər Səbail rayon İcra Hakimiyyətinin qarşısında şəkil çəkdirmiş və Naxçıvana yola düşmək üçün Heydər Əliyev Beynəlxalq Hava limanına yola salınmışlar.

Keçidlər