Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Novruz şənlikləri keçirilir

19 mart 2019 | 16:00

      Əlamətdar bayramın rayonda təntənəli və yaddaqalan olması ilə bağlı RİH tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və onun icrası müvəffəqiyyətlə həyata keçirilir. Bayram ərəfəsində rayonda geniş abadlıq və quruculuq işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, rayon ərazisindəki idarə və təşkilatlarda, orta və məktəbəqədər təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş silsilə  tədbirlər keçirilir. Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində 19, 20 və 21 mart tarixlərində Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev Parkında, Bibiheybət qəsəbəsinin mərkəzində və 20-ci sahə ərazisində yerləşən Veteranlar parkında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qəsəbə sakinləri və çoxsaylı qonaqların iştirakı ilə böyük bayram şənliyi təşkil olunmuş və eyni zamanda bayram tədbirləri çərçivəsində şəhid ailələri və ağsaqqallar ilə görüş keçirilmişdir. İncəsənət ustalarının və rəqs kollektivlərinin ifasında musiqilər və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Bayram şənliyində tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin bənzərsiz təamlarını dadaraq, həmçinin şən musiqi sədaları altında milli idman növlərini izləyərək baharın gəlişini əsil bayram kimi qeyd etdilər.

Keçidlər