Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Bayıl yaşayış sahəsində növbəti səyyar görüş keçirilmişdir

28 mart 2019 | 16:00

         Qəbulda Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Bayıl qəsəbə nümayəndəliyin əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Səyyar görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü. Sonda qəbulda iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və yerlərdə mütəmadi olaraq keçirilən səyyar qəbulların əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğuladılar.

Keçidlər