Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda səyyar qəbul keçirilmişdir

18 aprel 2019 | 16:00

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, digər müraciətlər ilə əlaqədar aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Səbail rayonunda aparılan abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Qəbulun gedişində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlarımızın rifahının daha da yüksəlməsi naminə atılan addımlar barədə söhbət aparılmışdır.

Keçidlər