Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində “2019-cu il üzrə Ərazi Məşğulluq Proqramından irəli gələn işlərin müzakirəsi” mövzusunda tədbir keçirilmişdir

19 aprel 2019 | 16:00

Tədbirdə çıxış edən Səbail RİHB-nin müavini Eldar Ağayev bildirmişdir ki, məşğulluq sisteminin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və qeyri-məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən etibarən respublikamızda yüzminlərlə yeni iş yeri açılmış, işsizlik səviyyəsi bu müddət ərzində 9,7 faizdən 5 faizə qədər azalmışdır. Odur ki, həmin siyasətin yerlərdə icrasına məsuliyyət daşıyan dövlət Məşğulluq Xidməti işçiləri daha da əzmlə çalışaraq, qarşıya qoyulan məsələlərin həllinə məsuliyyətlə yanaşaraq, bu ağır işin yerinə yetirilməsini təmin edirlər. Qarşıya qoyulmuş məsələlər eləcə də onların həyata keçirilməsi vəziyyəti mütamadi olaraq Səbail Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən məşğulluğa kömək göstərən “Əlaqələndirmə Komitəsi”nin iclaslarında müzakirə olunur və günün tələblərinə cavab verən qərarlar qəbul edilir. Əhalinin məşğulluğunun təmin edilməsi sosial müdafiəsinin gücləndirilməsi daim rayon rəhbərliyinin diqqət mərkəzindədir.

Keçidlər