Şriftin ölçüsü :

Saytın rəngi :

“Veteranlar parkı”nda rayon ağsaqqalları ilə görüş keçirilmişdir

24 aprel 2019 | 16:00

İcra Hakimiyyəti tərəfindən qeyd olunan ərazidə abadlıq işləri aparılmış, sakinlərin rahatlığının təmin edilməsi və onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün parkın ərazisində yerləşən istirahət otağı təmir olunmuş və lazımi avandanlıqlar ilə təhciz edilmişdir. Görüş zamanı rayon ağsaqqallarını narahat edən bir sıra məsələlər ilə bağlı rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Sonda sakinlər rayonunun ərazisində yenidən qurulan bu istirahət məkanının Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətli olduğunu qeyd etmişlər, Səbail rayonunda aparılan abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər