Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunun Şıx yaşayış massivində sakinlərlə görüş keçirildi

27 aprel 2019 | 16:00

Görüşdə RİHBA-nın məsul işçiləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri də iştirak etmişlər.
RİH başçısı Vuqar Zeynalov sakinlərə prezident İlham Əliyevin tapşırığı ilə Səbail rayonunda həyata keçirilən tədbirlərdən, görülən işlərdən söz açaraq, rayonun inkişaf və abadlaşdırılması perspektivləri, yaradılacaq yeni infrastruktur layihələr barədə ətraflı məlumat vermişdir.
Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən Şıx yaşayış massivinə qəsəbə statusunun verilməsi, yaşayış massivi ərazisində yerləşən küçələrə adların verilməsi, kanalizasiya sisteminin çəkilməsi, daxili yollarda asfalt örtüyünün təmir olunması və bir sıra digər məsələlər ilə bağlı müraciət etmişlər. Görüşdə səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilmişdir.
Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşməsi, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər