Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə iməclik keçirildi

11 may 2019 | 16:00

10 may 2019-cu il tarixində yay çimərlik mövsümünə hazırlıq, eyni zamanda ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədi ilə Şıx çimərliyinin sahil zolağı və yol kənarı boyunca Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iməclik keçirilmişdir. İməclikdə rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə bələdiyyə, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, ictimaiyyət nümayəndələri də iştirak etmişlər.   Aksiya zamanı 5 hektar ərazi bərk məişət və digər növ tullantılardan təmizlənmişdir. Aksiyanın məqsədi sahilyanı ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən dəniz sahillərində təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsidir.

Keçidlər