Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Bibiheybət qəsəbəsində növbəti səyyar görüş keçirilmişdir

16 may 2019 | 16:00

16 may 2019-cu il tarixində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Bibiheybət qəsəbəsi ərazisində yerləşən 50 saylı tam orta məktəbdə sakinlərlə növbəti səyyar görüş-qəbulu olmuşdur. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, Bibiheybət qəsəbə nümayəndəliyin əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov əvvəlcə sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Görüşdə sakinləri narahat edən məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü. Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər