Şriftin ölçüsü :

Saytın rəngi :

132-134 nömrəli Təhsil Kompleksində sakinlərlə səyyar qəbul keçirildi

04 iyun 2019 | 16:00

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun 132-134 nömrəli Təhsil Kompleksində sakinlərlə növbəti səyyar görüş-qəbulu olmuşdur. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov əvvəlcə sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə məlumat vermişdir.
Sakinlər həllini gözləyən problemlər barədə danışmışlar. Səyyar görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilmiş, müvafiq izahatlar verilmiş və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.

Keçidlər