Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin problemlərinin öyrənilməsi məqsədilə yerlərdə görüşlər keçirilir

27 iyun 2019 | 16:00

Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən son günlər ərzində T.Məmmədov küçəsi 20 saylı evin qarşısında, M.F.Axundov və F.Əmirovun adını daşıyan bağların ərazisində, Gənc Tamaşaçılar Teatrının qarşısında, Q.Məmmədovun adını daşıyan parkda, Xanlar küçəsi 24 ünvanında, Badamdar qəsəbəsi Heydər Əliyev parkında, Bayıl yaşayış sahəsi, Əlibəyov qardaşları, A.Məmmədov, Y.Bədəlov, L.Babayev və İ.Məmmədov küçələrində rayon sakinləri ilə görüşlər keçirilmişdir.
Görüşlərdə sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial təminatının gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində imzalanan yeni fərman və sərəncamlar barədə məlumat verilmiş, dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amilinin dayandığı onların nəzərinə çatdırılmışdır.
Görüşlərdə 250-dən çox sakin çıxış etmiş, onları narahat edən məsələlər dinlənilmiş və həll edilməsi üçün Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini qeyd etmişlər.
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Rayon sakinlərini bu görüşlərdə iştirak etməyə dəvət edirik.

Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti
Ünvan: AZ–1000, Bakı şəhəri, Üz.Hacıbəyov 30
Tel:  (+99412) 493-10-55
Fax: (+99412) 498-71-47
e-Mail: mail@sabail-ih.gov.az
https:  www.facebook.com/sabailrih/

 


 

Keçidlər