Şriftin ölçüsü :

Saytın rəngi :

Bayıl yaşayış sahəsində növbəti səyyar görüş-qəbulu keçirilmişdir

27 iyun 2019 | 16:00

27 iyun 2019-cu il tarixində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Bayıl yaşayış sahəsi ərazisində yerləşən 49 nömrəli "İntellekt" məktəb-liseyində sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, 2 saylı SİƏD üzrə nümayəndəliyin əməkdaşları, bələdiyyə sədri və qəsəbə sakinləri iştirak etmişlər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov bu cür görüşlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq keçirildiyini sakinlərin diqqətinə çatdırmışdır. Eyni zamanda qəbulun gedişində ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlarımızın rifahının daha da yüksəlməsi naminə atılan addımlar barədə söhbət aparılmışdır.
Qəbulda iştirak edən sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, evlərin sənədləşdirilməsi, içməli suyun fasiləsiz olaraq verilməsi, avtobus dayanacağının quraşdırılması və bir sıra digər sosial məsələlərlə bağlı müraciət etmişlər. Qəbul zamanı səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilmiş, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilərək onların həlli nəzarətə götürülmüşdür.

Keçidlər