Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülərə sertifikatlar təqdim edilmişdir

02 iyul 2019 | 16:00

İyulun 2-də Səbail Rayon İcra Hakimiyyətində rayonun gənc könüllülərinin müddətinin başa çatması ilə bağlı görüş keçirilmiş və sertifikatlar təqdim edilmişdir.
Görüşdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov dövlətin həyata keçirdiyi gənclər siyasətindən, ölkə başçısının gənclərə gösdərdiyi diqqət və qayğıdan danışaraq bildirmişdir ki: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Dövlət Proqramı"nda dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini aşılamaq, təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çılxarılmasını dəstəkləmək və könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. “Dövlət Proqramı”nda qeyd olunan vəzifələrin icrası Səbail rayonunda uğurla davam edir”.
Tədbirdə çıxış edən könüllülər iki ay ərzində İcra Hakimiyyətində böyük təcrübə və səriştə qazandıqlarını və bu təcrübənin onların gələcək əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağına inandıqlarını qeyd etmiş və ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda Səbail Rayon İcra Hakimiyyətində təcrübə keçmiş könüllü gənclərə sertifikatlar təqdim olunmuş və xatirə şəkili çəkdirilmişdir.

Keçidlər