Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Vasif Hüseynovun ailə üzvləri ilə görüş keçirilmişdir

17 iyul 2019 | 16:00

İyulun 17-də rayonun Badamdar qəsəbəsi, İbrahim Xəlil küçəsi ev 27 ünvanında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 22.12.1996-cı il tarixində Beyləqan rayonu ərazisində şəhid olmuş Hüseynov Vasif Qadir oğlunun ailə üzvləri ilə görüşmüşdür.
Görüşdə Səbail RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailə üzvlərinin üzərində olub. Hər şeydən öncə məhz xalqımızın qürur yeri olan bu ailələrin problemlərinin həlli əsas sosial prioritet kimi müəyyənləşdirilib. Təsadüfi deyil ki, bu vaxta qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, o cümlədən ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Ötən il ölkə başçısı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Fərman imzaladı. Həmin Fərmana əsasən, 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutuldu və artıq bu proses çərçivəsində 3 mindən çox şəhid ailəsinə vəsait verilib və bu proses hal-hazırda da davam edir”.
Şəhidin anası Hüseynova Zəkiyyə İbrahim qızı qeyd etmişdir ki: “Mən bir şəhid anası kimi ölkə rəhbərinin şəhid ailələrinə olan diqqət və qayğısına illər öncədən şahid olmuşam və buna görə İlham Əliyevə cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm”.

Keçidlər