Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda abadlıq-quruculuq işləri davam edir

29 iyul 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Səbail rayonunda abadlıq və quruculuq işləri davam edir. İyulun 27-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov rayonun 20-ci yaşayış sayəsi, Gülbala Əliyev küçəsində aparılan abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olmuş, işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün müvafiq tapşırıqlar vermişdir.
Daha sonra Səbail RİH başçısı IDEA İctimai Birliyinin təşkilatçılığı və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Abad Məhəllə” layihəsi çərçivəsində Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi 4 ünvanında yerləşən həyətdə aparılan abadlıq və yaşıllaşdırma işlərinin gedişi ilə tanış olmuş, aparılan işlərin sürətləndirilməsi ilə bağlı müvafiq strukturların rəhbərlərinə lazımi göstərişlər vermişdir. 

Keçidlər