Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin problemlərinin öyrənilməsi məqsədilə Bayıl yaşayış sahəsində görüşlər keçirilmişdir

16 sentyabr 2019 | 16:00

Əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Bayıl yaşayış sahəsi, Əlibəyov qardaşları, L.Babayev və 7-ci Bayıl adlanan ərazidə rayon sakinləri ilə görüşlər keçirmişdir. Görüşlərdə rayon sakinləri ilə yanaşı, RİHB-nın müavinləri, RİHBA-nın şöbə müdirləri, RİHB-nın sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinnin əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Görüşlərdə sakinləri narahat edən məsələlər dinlənilmiş və həll edilməsi üçün Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini qeyd etmişlər.
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Rayon sakinlərini bu görüşlərdə iştirak etməyə dəvət edirik.

Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti
Ünvan: AZ–1000, Bakı şəhəri, Üz.Hacıbəyov 30
Tel:  (+99412) 493-10-55
Fax: (+99412) 498-71-47
e-Mail: mail@sabail-ih.gov.az
https:  www.facebook.com/sabailrih/


 

Keçidlər