Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 15 sentyabr – Bilik Günü qeyd edilmişdir

20 sentyabr 2019 | 16:00

Sentyabrın 16-da Respublikamızın hər yerində olduğu kimi, Səbail rayonunun məktəblərində də Bilik Günü qeyd olunmuşdur. Bu il rayonun ümumtəhsil məktəblərində keçirilən Bilik Günü tədbirlərində Rayon İcra Hakimiyyəti başçısının müavinləri, eyni zamanda RİHBA-nın məsul əməkdaşları iştirak etmişlər.
Tədbirlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət, müəllimlərə həmişə böyük qayğı ilə yanaşması, təhsilin dövlət siyasətinin mühüm bir sahəsi hesab etməsi bir daha vurğulanmışdır. Təhsil sahəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş islahatların bugün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirildiyi qeyd edilmişdir. Bu sahədə atılan genişmiqyaslı addımların ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsində və nəhayət, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynadığı vurğulanmışdır.
Keçirilən tədbirlərdə məktəblərin qazandıqları uğurlardan, əldə etdikləri nəaliyyətlərdən söz açılmışdır. Məktəb direktorları çıxışlarında şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, qazanılan nailiyyətlərin bu il də uğurla davam etdiriləcəyini qeyd etmişlər.
Tədbirlərdə iştirak edən qonaqlar, valideynlər, müəllimlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezdenti xanım Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri diqqət və qayğını minnətdarlıq hissi ilə qarşıladıqlarını bildirmişlər. Son illər bu sahəyə olan qayğı nəticəsində respublikamızın bütün bölgələrində, ən ucqar kəndlərdə belə yeni müasir tipli məktəblərin tikilməsini, hər il müəllimlərin əmək haqlarının artırılmasını, istedadı olan şagirdlərə, tələbələrə xaricdə oxumaq şansının yaradılmasını göstərilən qayğının ən bariz nümunəsi kimi qiymətləndirmişlər.
Sonda Bilik Günü tədbirlərində rəmzi olaraq “İlk zəng” çalınıb.

Keçidlər