Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 9 ünvanında yaşayan sakinlərlə görüş təşkil olunmuşdur

23 sentyabr 2019 | 16:00

Əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 9 ünvanında yaşayan sakinlərlə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, RİHB-nın Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri və rayon sakinləri iştirak etmişlər.
RİH başçısı Vuqar Zeynalov görüşdə iştirak edən sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səbail rayonunda aparılan abadlıq və yenidənqurma işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə geniş məlumat vermişdir.
Görüşdə iştirak edən sakinlər məhəllədaxili yolların asfaltlanması, dam örtüklərinin təmiri, məhəllələrinin abadlaşdırılması və digər sosial problemlərlə bağlı müraciət etmişlər. Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onlara müvafiq izahatlar verilmiş, müraciətlər qeydiyyata alınaraq onların həlli istiqamətində aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Sakinlər yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Rayon sakinlərini bu görüşlərdə iştirak etməyə dəvət edirik.

Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti
Ünvan: AZ–1000, Bakı şəhəri, Üz.Hacıbəyov 30
Tel:  (+99412) 493-10-55
Fax: (+99412) 498-71-47
e-Mail: mail@sabail-ih.gov.az
https:  www.facebook.com/sabailrih/


 

Keçidlər