Şriftin ölçüsü :

Saytın rəngi :

Litva Respublikasının Druskininkay şəhərindən ölkəmizə gələn qonaqlar Heydər Əliyev Mərkəzində, Rəşid Behbudov adına 2 nömrəli Musiqi Məktəbində və Nizami Kino Mərkəzində olmuşlar

15 oktyabr 2019 | 16:00

Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskas nümayəndə heyəti ilə birgə Heydər Əliyev Mərkəzində olub. Qonaqlara Heydər Əliyev Mərkəzi haqda məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, ulu öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Bildirilib ki, dünya şöhrətli memar Zahi Hadidin layihəsi əsasında inşa edilmiş Mərkəzin binası dünya memarlıq inciləri siyahısına daxil edilib.
Daha sonra Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskas, Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas və nümayəndə heyəti ilə birgə Səbail rayonunda yerləşən Rəşid Behbudov adına 2 nömrəli Musiqi Məktəbində olmuşlar. 
Musiqi məktəbinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva qonaqlara məktəb haqqında söz açaraq qeyd etmişdir ki: “1931-ci ildə Bakıda 1 və 2 nömrəli musiqi məktəbləri açılıb. 2 nömrəli Musiqi məktəbində bir çox məşhur müəllimlər dərs deyib. Ötən illər ərzində məktəbdə bir çox tanınmış musiqiçilər nəsli yetişib. 1990-cı ildə məktəbə dünya şöhrətli müğənni SSRİ Xalq artisti Rəşid Behbudovun adı verilib. 2018-ci ildə məktəb binasında əsaslı təmir işləri aparılıb, bütün inventar və avadanlığı yenilənib. Məktəbimizdə 13 ixtisas üzrə 350-yə yaxın şagird təhsil alır. Təhsil müəssisəsində 6 şöbə fəaliyyət göstərir və 70 müəllim çalışır”. Litva Respublikasının Druskininkay şəhərindən gələn qonaqlar Musiqi məktəbinin konsert zalında məktəb şagirdlərinin ifasını dinləmişlər.
Sonda Litva Respublikasının gələn qonaqlar üçün Nizami Kino Mərkəzində Azərbaycan haqqında film nümayiş etdirilmişdir.

Keçidlər